...

Azərbaycandakı sahibkarların 15 faizi qadındır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 15:27 (UTC +04:00)
Azərbaycanda sahibkarların sayı 500 minədək artıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Qadınlarının Qurultayında çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.
Azərbaycandakı sahibkarların 15 faizi qadındır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sahibkarların sayı 500 minədək artıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Qadınlarının Qurultayında çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

Onun sözlərinə görə, sahibkarların 15 faizi qadındır.

S.Həsənova biznesin inkişaf etdirilməsi üçün qadın sahibkarların maarifləndirilməsini də vacib sayıb.

Hazırda Azərbaycanda işsizlik səviyyəsinin 5 faiz təşkil etdiyini deyən nazir müavini bildirib ki, 1990-cı ildə Azərbaycanda hər 2 nəfərdən biri yoxsul idisə, ötən il bu göstərici 6 faiz təşkil edib. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsinin bir çox ölkələrdən aşağı olduğunu deyən S.Həsənova qeyd edib ki, hətta bir sıra Avropa ölkələrində yoxsulluq göstəricisi 15-16 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti