...

S&P “Muğanbank”ın reytinq proqnozunu “stabil”dən “müsbət”ə dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2013 12:38 (UTC +04:00)
"Standard & Poor's" kredit reytinqləri xidməti "Muğanbank" ASC-nin reytinq üzrə proqnozlarını "stabil"dən "müsbət"ə dəyişib. Eyni zamanda bankın uzunmüddətli və qısamüddətli kredit reytinqi "В-/С" səviyyəsində saxlanılıb.
S&P “Muğanbank”ın reytinq proqnozunu “stabil”dən “müsbət”ə dəyişib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir E.Əliyev/

"Standard & Poor's" kredit reytinqləri xidməti "Muğanbank" ASC-nin reytinq üzrə proqnozlarını "stabil"dən "müsbət"ə dəyişib. Eyni zamanda bankın uzunmüddətli və qısamüddətli kredit reytinqi "В-/С" səviyyəsində saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Standard & Poor's"un yaydığı məlumatda deyilir:

"Xidmətin proqnozuna yenidən baxılmasına səbəb bu yaxınlarda bankın kapitalının artırılması nəticəsində onun balans göstəricilərinin yaxşılaşdırılmasını şərtləndirir, o cümlədən onun daxili bazarda rəqabət mövqeyinin artımına və yaxşılaşdırılması imkanını təmin etməsidir".

2012-ci ilin sonunda bankın kapitalının 10 milyon manat artırılmasından sonra S&P "Muğanbank"ın kapitallaşma və gəlir göstəricilərini "adekvat" dərəcəsinə qədər yüksəldib.

Agentlik vurğulayıb ki, bazar payının sonrakı artımı nəticəsində reytinqlər yüksəldilə bilər ki, bununla da "Muğanbank", xüsusilə də aktivlərin keyfiyyət göstəricisi daxil olmaqla, maliyyə portfelinin pisləşməsi olmadan aktivlər və kredit portfelinin həcminə görə tədricən Azərbaycan banklarının ilk onluğu siyahısına daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti