...

“Bank of Azerbaijan” ASC xidmət şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2013 11:36 (UTC +04:00)
“Bank of Azerbaijan” ASC müştərilərin rahatlığını təmin etmək məqsədi ilə 2013 – cü ildə xidmət şəbəkəsini genişləndirilməsini planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə bankdan daxil olan məlumatda deyilir.
“Bank of Azerbaijan” ASC xidmət şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 19 iyun /Trend/

"Bank of Azerbaijan" ASC müştərilərin rahatlığını təmin etmək məqsədi ilə 2013 - cü ildə xidmət şəbəkəsini genişləndirilməsini planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə bankdan daxil olan məlumatda deyilir.

Məlumatda deyilir ki, cari ilin iyun-iyul aylarında Lənkaran şəhərində yerləşən "Lənkəran" filialın açılması nəzərdə tutlub. Həmin filialın açılması ilə bağlı lisenziyanın alınması üçün Mərkəzi Banka müraciət edilib.

Qeyd etmək istəyirdik ki, universal bank olan "Bank of Azerbaijan" ASC-nin yeni filialında müştərilərə geniş çeşiddə yüksək keyfiyyətli və operativ məhsul və xidmətlər təklif olunacaq, həmçinin hesablaşma - kassa əməliyyatları, müxtəlif növ istehlak və biznes kreditləri, əmanətlər, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s.

Hazırda "Bank of Azerbaijan" ASC-nin xidmət şəbəkəsi Baş ofis, 16 filial və 3 şöbədən ibarətdir. Xidmət şəbəkəsinin genişləndirilməsi bankın inkişaf stategiyasında prioritet məsələlərdən biridir. Belə ki, cari ildə bankın filialların sayı 20 çatdırılması planlaşdırılır.
Filialların ünvanları, məhsul və xidmətlər barədə ətraflı məlumat almaq üçün www.bank.az internet səhifəsinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti