...

“Muğanbank”ın paytaxt filialı yeni ünvana köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2013 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Müştərilərə operativ xidməti təmin etmək məqsədilə "Muğanbank" ASC-nin Bakı şəhərində yerləşən "İnvest" filialı yeni ünvana köçüb. Bu barədə bazar ertəsi bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Bankın filialı müştəriləri yeni ünvanda: Yasamal rayonu, Ə.Cəmil küçəsi 51-də qəbul edəcəkdir. Əlaqə telefonları (+994 12) 433 04 47; faks: (+994 12) 433 04 48.

"Muğanbank" ASC-nin "İnvest" filialı həftənin bazar ertəsindən cümə gününə kimi, saat 9:00-dan 17:00-dək işləyir.

Filial müştərilər üçün hər növ bank xidmətləri göstərir.

"Muğanbank" ASC-nin "İnvest" filialının əməkdaşları müştəriləri yeni və rahat ofisdə qarşılamaqdan məmnundurlar.

"Muğanbank" ASC-nin filiallar şəbəkəsi haqqında ətraflı məlumatı bankın rəsmi saytından əldə etmək mümkündür (http://www.muganbank.az/ru/goto/13).

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital korporasiyası (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir.

"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. Həmçinin, bankın Facebook səhifəsinə daxil ola bilərlər https://www.facebook.com/pages/Muganbank/106864156005722?fref=ts.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti