...

450 kq-dan çox ərzaq məhsulu məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 12:40 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın bir sıra rayonlarında fəaliyyət göstərən mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
450 kq-dan çox ərzaq məhsulu məhv edilib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın bir sıra rayonlarında fəaliyyət göstərən mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyindən çərşənbə axşamı daxil olan məlumatda deyilir.
Ümumilikdə, monitorinqlər zamanı 455 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti