...

Binali Yıldırım: Ermənistan Azərbaycan torpaqlarını azad etdikdən sonra Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 15:40 (UTC +04:00)
Ermənistan yalnız işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən sonra Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər.
Binali Yıldırım: Ermənistan Azərbaycan torpaqlarını azad etdikdən sonra Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/

Ermənistan yalnız işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən sonra Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, layihənin iştirakçıları üç qonşu ölkədir və bu dəhliz bütün arzu edənlər üçün açıqdır.

Yıldırım bildirib: "Lakin Ermənistan bu imkandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən və bu məsələdən irəli gələn öhdəlikləri yerinə yetirdikdən sonra istifadə edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti