...

Bu ilin ötən dövründə 2500-ə yaxın sahibkara 190 milyon manatdan çox güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2013 14:20 (UTC +04:00)
İyulun 19-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Lerik rayonunun Günəşli kəndində keçirib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
Bu ilin ötən dövründə 2500-ə yaxın sahibkara 190 milyon manatdan çox güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyulun 19-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Lerik rayonunun Günəşli kəndində keçirib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Lerik rayonunun Piran kəndində güzəştli kredit ayrılmış quşçuluq fabrikinin fəaliyyətinə və bu fabrikdə yeni istehsal sahəsində aparılan tikinti işlərinə, müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2424 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 194,4 milyon manat güzəştli kredit verildiyini bildirib. Bu kreditlərin reallaşdırılması 7850-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, Lənkəran iqtisadi rayonunda indiyədək sahibkarlıq subyektlərinin 1430-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 66,1 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla) verilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Lerik və ətraf rayonlarda fəaliyyət göstərən 64 sahibkara 426 min manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin yaradılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti