...

İlin I yarısında Azərbaycan əhalisinin gəlirləri 5,7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2013 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Cari ilin yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən gəlirlər 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 1708,8 manat və ya orta hesabla ayda 284,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələyib və nəticə olaraq əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz yüksəlib.

Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 15,8 milyard manatlıq gəlirin 69,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 19,8 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,1 faiz çox vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti