...

Azərbaycanın iri bankının məcmu kapitalı 61 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2013 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 24,8% artaraq 2013-ci il iyulun 1-nə 6,42 milyard manata çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ABB-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bankın kredit portfeli illik müqayisədə 31,2% artaraq 2013-ci il iyulun 1-nə 4,473 milyard manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 518,8 milyon manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,482 milyard manata bərabər olub ki, bu da 2012 ilin iyulun 1-nə nisbətən 40,7% çoxdur.

Bankın məcmu kapitalı il ərzində 61,4% artaraq 765,56 milyon manata çatıb. ABB-nin nizamnamə kapitalının həcmi 340 milyon manata çatdırılıb.

ABB-nın 2013-ci il I yarımillik üzrə xalis mənfəəti illik müqayisədə 44,6% artaraq 24,3 milyon. manata çatıb.

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 2013-ci il iyulun 1-nə 0,39%, kapitalın gəlirlilik əmsalı (ROE) isə 4,31% təşkil edib. Müqayisə üçün bildirək ki, 2012 ilin iyulun 1-də bu göstəricilər müvafiq olaraq 0,34% və 3,90%-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti