...

Azərbaycan sahibkarları Aİ bazarında rəqabət qabiliyyətli sahələrə dair məlumat bazasından istifadə edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2013 18:49 (UTC +04:00)
Azərbaycan sahibkarları Avropa İttifaqı (Aİ) bazarında rəqabət qabiliyyətli sahələr, ticarət kanalları və tələblər haqqında məlumatı özündə birləşdirən "Bazar kəşfiyyatı"nın məlumat bazasından istifadə edə bilərlər.
Azərbaycan sahibkarları Aİ bazarında rəqabət qabiliyyətli sahələrə dair məlumat bazasından istifadə edə bilərlər

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan sahibkarları Avropa İttifaqı (Aİ) bazarında rəqabət qabiliyyətli sahələr, ticarət kanalları və tələblər haqqında məlumatı özündə birləşdirən "Bazar kəşfiyyatı"nın məlumat bazasından istifadə edə bilərlər. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Məlumata görə, məlumat bazası Niderland hökuməti tərəfindən hazırlanıb.

23 sektoru əhatə edən məlumat bazası ixracatçılar üçün dəyərli mənbə olmaqla onların marketinq fəaliyyətinin hazırlanmasında mühüm rola malikdir.

Məlumat bazası aşağıdakı sahələri əhatə edir: kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı, istehlak malları, sənaye məhsulları və xidmət sahəsi.

"Bazar kəşfiyyatı" barədə ətraflı məlumatı www.cbi.eu/marketintel_platform linkindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti