...

"Unibank" 800-dən artıq ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2013 13:53 (UTC +04:00)
İlin əvvəlindən bu yana "Unibank" tərəfindən 183 ipoteka krediti verilib.
"Unibank"  800-dən artıq  ipoteka krediti verib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

İlin əvvəlindən bu yana "Unibank" tərəfindən 183 ipoteka krediti verilib. Bankdan cümə günü Trend-ə verilən məlumata görə, həm güzəştli, həm də adi şərtlərlə verilən kreditlərin həcmi 7,5 milyon manatdan çoxdur.

Orta məbləği 41 min manat təşkil edən, kreditləri götürən şəxslərin orta yaş həddi 32 olub. Orta müddəti 24 il olan ipoteka kreditləri ilə alınan evlərin orta dəyəri, 61 min manat təşkil edib.

Qeyd edək ki, "Unibank" 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. "Unibank" müvəkkil banklar sırasına qoşulandan bəri, 800-dən artıq ipoteka krediti verib ki, bunun da 600-dən çoxu adi, 200-dən artığı isə güzəştli ipoteka olub.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti