...

Rusiyanın şirə məhsulları və uşaq qidaları istehsalçısı Azərbaycanda tərəfdaşlar axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2013 17:00 (UTC +04:00)
Rusiyanın "Сады Придонья" şirkəti Azərbaycan şirkətlərini əməkdaşlığa çağırır.
Rusiyanın şirə məhsulları və uşaq qidaları istehsalçısı Azərbaycanda tərəfdaşlar axtarır

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Rusiyanın "Сады Придонья" şirkəti Azərbaycan şirkətlərini əməkdaşlığa çağırır.

Trend İqtisadi İnkişaf Nazirliyinə istinadən məlumat verir ki, Volqoqrad vilayətində fəaliyyət göstərən "Сады Придонья" Milli Ərzaq Qrupu" ASC əsasən şirə məhsulları və uşaq qidaları istehsal edir. Şirkət istehlakçılara "Сады Придонья", "Золотая Русь", "Мой", "Спеленок", "Сочный мир" ticarət nişanları ilə 230 çeşiddə məhsul təqdim edir.

Şirkətin məlumatında bildirilir ki, həmin məhsulların tərkibində heç bir kimyəvi əlavələr, konservantlar, rənglər və qatılaşdırıcılar yoxdur.

"Сады Придонья" Milli Ərzaq Qrupu" ASC ilə əməkdaşlıq etmək istəyən yerli şirkətlər aşağıdakı əlaqə vasitələri ilə şirkətə müraciət edə bilərlər:
Telefon: (8442) 30-70-00;
Faks: (8442) 30-73-24;
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti