Azərbaycan, Bakı, 12 avqust /Trend/
"Monex" təcili pul köçürmə sisteminin "MoneyPolo" beynəlxalq pulköçürmə sisteminə qoşulma prosesi başa çatıb. Xatırladaq ki, "Monex" ilə "MoneyPolo" təcili pulköçürmə sistemləri arasında əməkdaşlıq haqqında müqavilə cari ilin mayın 30-da imzalanıb.
İki sistem arasında imzalanmış müqaviləyə əsasən, inteqrasiya üçün texniki məsələlər tam həll olunmuş və "Monex" təcili pulköçürmə sistemi vasitəsilə müştərilər Böyük Britaniya, Çexiya Respublikası və Monqolustana pul göndərə bilərlər.
Beləliklə, "MoneyPolo" sisteminə qoşulduqdan sonra "Monex" təcili pulköçürmə sisteminin məntəqələrinin sayı 1000-dən artıq olub, sistemin fəaliyyət coğrafiyası xeyli genişlənib.
Xatırladaq ki, 2011-ci ildə "Muğanbank" ASC tərəfindən yaradılmış "Monex" təcili pulköçürmə sistemi vasitəsilə müştərilər həm ölkə daxilində, həm də xaricə pul vəsaitlərini təcili göndərə və qəbul edə bilərlər.