Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Tağıyeva/
12-15 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində ixraca istiqamətlənən məhsulların I sərgisi və türkdilli dövlətlərin II biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Azərbaycanlı sahibkarlar sərgidə və biznes forumda iştirak etməyə dəvət olunurlar.
Türkdilli ölkələrin birinci biznes forumu 2011-ci ilin oktyabrında Qazaxıstanın Almatı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı çərçivəsində keçirilib.