...

“Unibank” nağd kreditlərin verilməsi üzrə kampaniyanı uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2013 18:01 (UTC +04:00)
“Unibank” əhalinin tələbatını nəzərə alaraq, 3 faiz endirimli kreditlərin vaxtını uzatdı. İndi bütün peşə sahibləri oktyabrın 30-dək “Unibank”ın endirimli kreditlərindən faydalana biləcəklər.
“Unibank” nağd kreditlərin verilməsi üzrə kampaniyanı uzadıb

Azərbaycan, Bakı, 29 avqust /Trend /

"Unibank" əhalinin tələbatını nəzərə alaraq, 3 faiz endirimli kreditlərin vaxtını uzatdı. İndi bütün peşə sahibləri oktyabrın 30-dək "Unibank"ın endirimli kreditlərindən faydalana biləcəklər.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, güzəştli kreditlər maksimal həcmi 7500 AZN olmaqla, 48 ayadək müddətə verilir. Üstəlik, "Unibank"dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

Qeyd edək ki, "Unibank" nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. "Unibank"dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz korporativ və ya şəxsi elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Qeyd edək ki, "Unibank"da kredit ödənişləri çox asan olub. İndi bütün "Unibank" müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, "Unibank"ın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti