Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qafqaz Lizinq" ASC-nin 1,5 milyon manat həcmində faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə QKDK-dan Trend-ə daxil olan məlumatda bildirilir.
Emissiya prospekti çərçivəsində qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1000 manat olan 1500 ədəd istiqraz buraxılıb.
Qeyd edək ki, sonuncu dəfə ASC korporativ istiqrazlar bazarına ötən il çıxmışdı.