...

Şahin Mustafayev: Azərbaycanda 20 böyük müəssisənin yaradılmasına 4 milyard dollar sərmayə yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 13:07 (UTC +04:00)
Son üç-dörd il ərzində Azərbaycanda böyük sənaye müəssisələrinin yaradılmasına dörd milyard dollar sərmayə yatırılıb.
Şahin Mustafayev: Azərbaycanda 20 böyük müəssisənin yaradılmasına 4 milyard dollar sərmayə yatırılıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Axundov/

Son üç-dörd il ərzində Azərbaycanda böyük sənaye müəssisələrinin yaradılmasına dörd milyard dollar sərmayə yatırılıb. Bu barədə çərşənbə axşamı "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyanın reallaşdırılması üzrə Milli Fəaliyyət Qrupunun ilk iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, söhbət son on ildə yaradılan 20 böyük müəssisədən gedir.

Mustafayevin sözlərinə görə, bu gün qeyri-neft ixracının yarısını aqrar sənaye sektorunun məhsulları təşkil edir: "Son on ildə toyuq əti istehsalı 4,6 dəfə artıb. Son üç ildə Azərbaycanda süd zavodlarının tikintisi nəticəsində süd emalı sahəsində istehsal gücü iki dəfə artıb ki, bu da həmin sahədə yaxın illərdə Azərbaycanın ixracatını artıracaq".

Nazirin sözlərinə görə, ümumilikdə son on ildə Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 132 milyard dolları keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti