Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Son 10 ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 3,1 dəfə artıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkəyə turizm məqsədilə gələn vətəndaşların sayı isə 4,6 dəfə artıb. Bu dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3,4 dəfə çoxalıb. 2012-ci ildə Azərbaycana 2484,1 min nəfər əcnəbi gəlib. Onların 1985,9 min nəfəri Azərbaycana turizm məqsədi ilə səfər edib.
Son 10 il ərzində xarici ölkələrə turizm məqsədi ilə gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə artıb. 2012-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3874,4 min nəfər olub. Onların da 2828,9 min nəfəri ölkəyə turizm məqsədi ilə səfər edib.
2002-2012-ci illər ərzində Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 5,5 dəfə artıb. 2012-ci il ərzində Azərbaycanda 514 mehmanxana olub.