...

Azərbaycanın qeyri-neft iqtisadiyyatı ikirəqəmli artım nümayiş etdirməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2013 17:06 (UTC +04:00)
2013-cü ilin yanvar-avqustunda Azərbaycanın ÜDM-u ötən ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz artaraq cari qiymətlərdə 37,42 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə ölkənin Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Azərbaycanın qeyri-neft iqtisadiyyatı ikirəqəmli artım nümayiş etdirməkdə davam edir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.Xəlilova/

2013-cü ilin yanvar-avqustunda Azərbaycanın ÜDM-u ötən ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz artaraq cari qiymətlərdə 37,42 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə ölkənin Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Komitənin məlumatına görə, bir il əvvəl ölkədə əlavə dəyər istehsalının artım templəri 1,3 faiz təşkil edib.

Bu hesabata görə, ÜDM-un nominal artımı 4,4 faiz təşkil edib. Adambaşına ÜDM-un həcmi 3,9 faiz artaraq orta hesabla 4 035,7 manat (5143,6 ABŞ dolları) olub.

Qeyri-neft sektorunda əlavə dəyərin istehsalı il ərzində 10,3 faiz çoxalaraq 20,65 milyard manat və ya ÜDM-in 55,2 faizini, neft-qaz sektorunda isə 0,1 faiz azalaraq 16,77 milyard manatadək təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə xidmət sahəsində əlavə dəyərin istehsalı 6,3 faiz artaraq 11,09 milyard manat olub.

İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxalaraq 23,87 milyard manat yaxud ÜDM-un 63,8 faizini təşkil edib. Bu zaman ölkədə sənaye istehsalı 0,2 faiz azalaraq 17,68 milyard manat təşkil edib ki, bu da ÜDM-un 47,2 faizi həcmində olub.

Kənd təsərrüfatı, balıqçılıq və meşəçilikdə yanvar-avqustda 3 731,5 milyon manat (4,5 faiz artımla) inşaat sektorunda - 4 108,6 milyon manat (32,1 faiz artımla ÜDM-un 11 faizi), ticarətdə və nəqliyyat vasitələrinin təmiri sahəsində - 2,7 milyard manat (9,4 faiz artımla ÜDM-un 7,3 faizi), nəqliyyat və anbar təsərrüfatı sektorunda - 2135,8 milyon manat (4,4 faiz artımla ÜDM-un 5,7 faizi), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətlərinin göstərilməsi sahəsində - 794,7 milyon manat (20,3 faiz artımla ÜDM-un 2,1 faizi), rabitə və informasiyanın sektorunda - 641,2 milyon manat (yeddi faiz artımla ÜDM-un 1,7 faizi), sosial və başqa xidmətlər sahəsində - 4 805,5 milyon manat (3,3 faiz artımla ÜDM-un 12,8 faizi) həcmində əlavə dəyər istehsal olunub ki, bu da ÜDM-un 5,6 faizinin təşkil edib.

Məhsullara və idxala xalis vergilər 8,7 faiz artıb və 2458,3 milyon manat və ya ÜDM-un 6,6 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti