...

AİB Bakıda bankın İdarəçilər Şurasının iclasına hazırlıq işləri ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2013 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Əliyev/

Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru Entoni Beyker Bakıya səfəri çərçivəsində bankın İdarəçilər Şurasının illik toplantısının keçiriləcəyi yerə baş çəkib. Bu barədə Trend-ə AİB-in Bakı nümayəndəliyindən məlumat verib.

Bankın İdarəçilər Şurasının iclası Bakıda 2015-ci ildə keçiriləcək.

AİB-in Bakı nümayəndəliyindən bildiriblər ki, Azərbaycan paytaxtına səfəri zamanı (9-15 sentyabr) E.Beyker Baş nazirin müavini Abid Şərifov, iqtisadi inkişaf naziri və AİB-in idarəçilərindən biri Şahin Mustafayev, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, nəqliyyat nazirinin müavini Musa Pənahov, o cümlədən "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynov və "Azəryolservis" ASC-nin başçısı Cavid Qurbanovla görüşüb.

Görüşlər zamanı AİB-in Azərbaycanın müxtəlif sahələrində cari layihələrinin reallaşdırılmasının gedişi, investisiya proqramlarının maliyyə aspektləri, o cümlədən, Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

E.Beyker Azərbaycana səfəri çərçivəsində Göyçaya da gedib və burada AİB-in su layihəsinin reallaşdırılmasının gedişi ilə tanış olub. O, həmçinin tikintisi başa çatdırılan Gəncə dairəvi yolu ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti