...

Evdar xanımlar nə düşünürlər?

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 18:43 (UTC +04:00)
Unibank-ın unikal məhsulu olan “evdar xanım krediti” ilə bağlı müraciətlərin sayı son zamanlar kəskin artıb.
Evdar xanımlar nə düşünürlər?

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Unibank-ın unikal məhsulu olan "evdar xanım krediti" ilə bağlı müraciətlərin sayı son zamanlar kəskin artıb. Hər gün yüzlərlə xanım Unibank filiallarında bu güzəştli kredit məhsulunu rəsmiləşdirərək endirimlərdən faydalanır.

Xatırladaq ki, Unibank-dan kredit götürmək istəyən evdar xanımları sürprizlər gözləyir. Krediti rəsmiləşdirmək üçün onlardan həyat yoldaşlarının iş yerindən arayış tələb olunmur.

Evdar xanımların bank filiallarına sadəcə şəxsiyyət vəsiqələri və nikah şəhadətnamələri təqdim etmələri kifayətdir. Kreditin maksimal məbləği isə 1500 manata qaldırılıb. Üstəlik xanımlara bankın kredit kartı da verilir ki, bu da Unibank məhsullarından və xidmətlərindən əlavə güzəşt hüququ verir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq, Unibank evdar xanımların öz maliyyə problemlərini həll etmək üçün xüsusi şərtlərlə nağd kredit məhsulu yaradıb.

Bank paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 09:00-dan 18:00-dək nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti