...

Bakıda "PAŞA Bank"ın sponsorluğu ilə Beynəlxalq Korporativ Xəzinədarlar Forumuna start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2013 17:26 (UTC +04:00)
Sentyabrın 19-da "JW MARRIOTT Absheron Baku" otelində Beynəlxalq Korporativ Xəzinədarlar Forumuna start verilib.
Bakıda "PAŞA Bank"ın sponsorluğu ilə Beynəlxalq Korporativ Xəzinədarlar Forumuna start verilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 19-da "JW MARRIOTT Absheron Baku" otelində Beynəlxalq Korporativ Xəzinədarlar Forumuna start verilib. Bakıda ilk dəfə keçirilən tədbirin "gümüş" sponsoru Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank-dır.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, forumun məruzəçiləri qismində PAŞA Bank (Azərbaycan), OMV Petrol Ofisi A.S (Türkiyə), Chipita SA (Yunanıstan), UniCredit Leasing (Rusiya), YOTA (Rusiya), Belaqro (Belarus) və s. kimi şirkət və müəssisələrin nümayəndələri iştirak edir. Tədbirdə PAŞA Bank-ı baş treyder Ruslan Məhərrəmov təmsil edir.

Forumda mərkəzləşdirilmiş korporativ xəzinədarlığın təşkili, proqnozlaşdırma, xəzinədarlıqda risklərin müəyyən edilməsi və qarşısının alınması kimi mövzular, həmçinin digər aktual məsələlər müzakirə olunacaq.

"MSB Events" şirkətinin təşkil etdiyi tədbir sentyabrın 20-də başa çatacaq.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətlərini, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətlərigöstərir. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bank-da 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur.

PAŞA Bank Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti