...

"Unibank"ın imtiyazlı səhmlərinin yerləşdirilməsi başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2013 13:44 (UTC +04:00)
Sentyabrın 27-dən Bakı Fond Birjasında(BFB)"Unibank" ASC-nin 6 000 048 manat dəyərində qeydiyyata alınmış imtiyazlı, adlı, sənədsiz səhmlərinin yeni emissiyasının yerləşdirilməsi başlayır.
"Unibank"ın imtiyazlı səhmlərinin yerləşdirilməsi başlayır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E. Əliyev/

Sentyabrın 27-dən Bakı Fond Birjasında (BFB) "Unibank" ASC-nin 6 000 048 manat dəyərində qeydiyyata alınmış imtiyazlı, adlı, sənədsiz səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanılır. Trend-in məlumatına görə, bu barədə cümə günü BFB-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, bank səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı BFB-yə müraciət edib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 2,72 manat olan 2 205 900 səhm buraxılıb. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı indiki 64,57 milyon manatdan 70,57 milyon manatadək artacaq. İlin I yarısının yekununa olan məlumata görə, bankın məcmu kapitalı 80,87 milyon manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti