...

Bakıda 5 il ərzində 10-dan çox yeni metrostansiya istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 17:12 (UTC +04:00)
Yaxın beş il ərzində Bakı Metropoliteni 11 stansiya istismara verməyi planlaşdırır. Bu barədə Trend-ə metropolitendən bildiriblər.
Bakıda 5 il ərzində 10-dan çox yeni metrostansiya istismara veriləcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yaxın beş il ərzində Bakı Metropoliteni 11 stansiya istismara verməyi planlaşdırır. Bu barədə Trend-ə metropolitendən bildiriblər.

Metropolitenindən deyiblər ki, yaxın üç ildə 8, daha sonrakı iki il ərzində isə 3 stansiyanın istismara verilməsi planlaşdırılır.

Bakı Metropolitenindən qeyd ediblər ki, beş stansiyanın metronun yeni "bənövşəyi" xəttinin çəkilməsi çərçivəsində istismara verilməsi planlaşdırılır. Qalan altı stansiya isə metronun "yaşıl" xəttinin davamı olaraq açılacaq.

2014-cü ildə "bənövşəyi" xəttin iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi" - istismara verilməsi, sonrakı iki il ərzində isə daha üç stansiyanın istismara verilməsi planlaşdırılır.

Hazırda "yaşıl" xəttin davamı olaraq Yeni Günəşli və Köhnə Günəşli qəsəbələri istiqamətlərində tunellərin çəkilməsi işləri də gedir. Öz növbəsində, "Xətai - Həzi Aslanov" sahəsində stansiyaların tikintisi işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti