...

АХА – Ardicil olaraq beş il dünyanin bir nömrəli siğorta brendi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2013 12:14 (UTC +04:00)
Beynəlxalq Interbrand agentliyi illik Best Global Brands 2013 reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə görə, Fransanın AXA brendi ardıcıl olaraq beşinci ildir ki, dünyada bir nömrəli sığorta brendi seçilir.
АХА – Ardicil olaraq beş il dünyanin bir nömrəli siğorta brendi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend /

Beynəlxalq "Interbrand" agentliyi illik Best Global Brands 2013 reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə görə, Fransanın AXA brendi ardıcıl olaraq beşinci ildir ki, dünyada bir nömrəli sığorta brendi seçilir.

Bu il AXA dünyanın ən böyük brendləri siyahısında 59-cu, Fransa brendləri arasında 5-ci yeri tutmuşdur. Ötən illə müqayisədə AXA brendinin dəyəri 5% artaraq, 7,1 mlrd. dollar təşkil etmişdir.

Hər il keçirilən beynəlxalq Best Global Brands reytinqinə brendin üç parametr üzrə qiymətləndirilməsi daxildir: brendin maliyyə vəziyyəti, brendin gücü və məhsul və xidmətlərin alınmasında brendin rolu.
"Növbəti dəfə ən böyük qlobal brendlərin arasında adımızı görmək bizim üçün böyük nailiyyətdir. İnanıram ki, bu etiraf biznesimizin gücünü, AXA brendinin strategiyasının müştərilərimizə aydın olduğunu, habelə bizim rəqəmsallaşma prosesinin sürətlənməsinə yönəlmiş səylərimizi əks etdirir. Bizim üçün böyük əhəmiyyət kəsb edən bu etiraf AXA brendinin mövqeyini möhkəmləndirəcək. İstənilən sığorta biznesinin uğuru əsasən onun nüfuzuna, xidmətlərin keyfiyyəti nöqteyi-nəzərdən isə əlverişliliyə və etibarlılığa əsaslanır. AXA brendi bu fundamental dəyərlərə söykənir. Bundan başqa, əsas məqsədimiz insanların qorunmasıdır.

Əminəm ki, müştərilərimizin tələbatlarını təmin etmək məqsədinə xidmət edən rəqəmsal transformasiya gələcəkdə bizim əsas rəqabət üstünlüyümüzə çevriləcək və AXA brendinin mövqeyini möhkəmləndirəcək. Hər zaman müştərilərimizin rifahına xidmət etməyə hazır olduqları üçün bütün dünyadakı AXA əməkdaşlarına dərin təşəkkürümü bildirirəm", deyə AXA Qrupunun Əməliyyat Fəaliyyəti üzrə Direktoru Veronik Veyl bildirib.
Qeyd etmək lazımdır ki, AXA beynəlxalq maliyyə qrupu Azərbaycanda AXA MBASK sığorta şirkəti ilə təmsil olunur.

Ölkənin sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb. Belə ki, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.
Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman kəsiyində dörd beynəlxalq mükafata və "İlin sığorta şirkəti" kimi milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti