...

Sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 18:00 (UTC +04:00)
Bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astara rayonunda sahibkarlar üçün “Biznesin əsasları, təşkili və idarə edilməsi” və “Marketinq” mövzularında treninq keçirilib.
Sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astara rayonunda sahibkarlar üçün "Biznesin əsasları, təşkili və idarə edilməsi" və "Marketinq" mövzularında treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə biznesin mahiyyəti, biznes mühiti, biznesin planlaşdırılması, biznesin idarə edilməsinin təşkili, biznesdə insan resurslarından səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbir iştirakçıları marketinq anlayışı, marketinqin növləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə ətraflı məlumatlandırılıblar.

Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Tovuz rayonunda "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "Logistika" mövzularında keçirilmiş treninqdə isə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahələrdə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə məlumatlar verilib, "Biznes planların hazırlanması" mövzusunda təqdimat keçirilib.

Treninqdə logistikanın mahiyyəti və məqsədi, logistika sahəsində mütəxəssislərin vəzifələri ilə bağlı fikir mübadiləsi aparılıb, logistikanın növləri, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə, həmçinin iştirakçılara www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə geniş məlumat verilib.

Treninqlər çərçivəsində Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti