Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir A. Axundov/
Vegilər Nazirliyinin 2013-cü il yanvar-sentyabr aylarında yoxlamadan keçirdiyi obyektlərin yarısı işçiləri əmək müqaviləsi bağlamadan cəlb edir.
Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi İlham Əmirəliyevin "Vergilər" qəzetinə müsahibəsində deyilir.
Onun sözlərinə görə, nazirlik yanvar-sentyabr aylarında əmək müaviləsi bağlamadan fəaliyyət göstərən işçilərin üzə çıxarılması ilə əlaqədar 8266 obyektdə yoxlama aparıb: "Yoxlamalar ötən ildəkindən 1207-dən çox obyekti əhatə edib".
İ. Əmirəliyev qeyd edib ki, nazirlik bu obyektlərin (4101 obyekt) 49,6 faizində qanun pozuntusu aşkar edib: "Müəyyən edilib ki, 2140 nəfər əmək müqaviləsi bağlamadan çalışır".