...

Mərkəzi Bank bu il milli valyutanın bahalaşmasının qarşısını almaq üçün 2 milyard dollar əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 18:43 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə ölkənin valyuta bazarında manatın gələcəkdə bahalaşmasının qarşısını almaq üçün 2 milyard dollar ekvivalentində xarici valyuta əldə edib.
Mərkəzi Bank bu il milli valyutanın bahalaşmasının qarşısını almaq üçün 2 milyard dollar əldə edib

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə ölkənin valyuta bazarında manatın gələcəkdə bahalaşmasının qarşısını almaq üçün 2 milyard dollar ekvivalentində xarici valyuta əldə edib.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclsidə çıxışı zamanı deyib:

"Məlum olduğu kimi manatın məzənnəsi sabit olaraq qalır. Ölkənin tədiyyə balansının kəsirinin ÜDM-dən 16 faiz çox olduğu dövrdə, həmçinin yüksək fiskal aktivlik şəraitində milli valyutanın daha tez bahalaşmasının qarşısını almaq mümkün oldu. Manat hazırda regionun ən sabit və etibarlı valyutasıdır. Digər ölkələrin mərkəzi bankları artıq ehtiyat valyutalardan biri qismində manatın istifadəsinə maraq göstərdiklərini bildiriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti