...

“Unibank” stimullaşdırıcı lotereyanın ilk tirajının qaliblərini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2013 11:58 (UTC +04:00)
"Unibank"ın daha bir lotereyasının qalibləri açıqlanıb. Bankın "Alkredit plus nağd krediti əldə edin və qazanın" adlı tirajlı stimullaşdırıcı lotereyasının ilk tirajının qalibləri müəyyən edilib.
“Unibank” stimullaşdırıcı lotereyanın ilk tirajının qaliblərini müəyyən edib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Unibank"ın daha bir lotereyasının qalibləri açıqlanıb. Bankın "Alkredit plus nağd krediti əldə edin və qazanın" adlı tirajlı stimullaşdırıcı lotereyasının ilk tirajının qalibləri müəyyən edilib.

Bankdan Trend-ə daxil olan məlumata görə, müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.

Oktyabrın 1-dən başlayan və hər ay keçirilən lotereya tirajlarında 390 qalib elan ediləcəkdir. Uduşun ümumi fondu 90. 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. 26 qalib olan hər tirajın uduş məbləği 6000 AZN təşkil edir. Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndiriləcək və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ, qalibə təqdim ediləcək.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, 7500 manatadək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik kredit alanlara minimum 300 AZN balanslı üzvlük kartı da verilir. "Unibank"dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

"Unibank" 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank - hər kəsin bankı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti