...

"Unibank"ın aktivləri tarixi maksimuma çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2013 16:58 (UTC +04:00)
"Unibank"ın aktivlərinin həcmi rekord həddə çatıb. Bankın malik olduğu aktivlər noyabrın əvvəlinə 700 milyon manatı keçib.
"Unibank"ın aktivləri tarixi maksimuma çatıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

"Unibank"ın aktivlərinin həcmi rekord həddə çatıb. Bankın malik olduğu aktivlər noyabrın əvvəlinə 700 milyon manatı keçib.

Bankdan Trend-ə verilən məlumata görə, öz maliyyə göstəricilərinə əsasən son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan "Unibank" müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 5 minə yaxın korporativ və 440 mindən artıq fərdi müştəriyə xidmət göstərir.

"Unibank" KB ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 2003-cü ildə bankın səhmdarları sırasına (15,15% payla) Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG şirkəti (8,33% payla) daxil olub. Azərbaycanın bank sektorunda ən uğurlu konsolidasiya nümunəsi olan "Unibank" 21 ildən artıq fəaliyyəti dövründə nüfuzlu təşkilatlar tərəfindən biznesin uğurlu inkişafına və yüksək idarəetmə səviyyəsinə görə müxtəlif mükafatlara layiq görülüb.

Bank hazırda paytaxt və bölgələri əhatə edən 33 filialı ilə müştərilərinin xidmətindədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti