...

Təqaüdçülər üçün kredit böyük ajiotaja səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2013 11:22 (UTC +04:00)
Unibank-ın "yaşlı olmaq daha da sərfəli oldu" kampaniyası müraciətləri kəskin artırıb. Hər gün bank filiallarına "yaşlı krediti" ilə bağlı yüzlərlə müraciət daxil olur.
Təqaüdçülər üçün kredit böyük ajiotaja səbəb olub

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Unibank-ın "yaşlı olmaq daha da sərfəli oldu" kampaniyası müraciətləri kəskin artırıb. Hər gün bank filiallarına "yaşlı krediti" ilə bağlı yüzlərlə müraciət daxil olur.

Xatırladaq ki, Unibank yaşlı insnlar üçün olan krediti daha da sərfəli edib. Artıq 55 yaşdan 70 yaşadək (borcun bitmə anına) kredit götürən hər kəsə komissiyada 50% endirim edilir. Üstəlik hər 1000 AZN götürülən kreditə aylıq ödəniş cəmi 31 AZN-dən başlayır. Yaşlı olmağın yaratdığı belə üstünlüklərdən istifadə etməyə tələsin, çünki kampaniya dekabrın 15-dək davam edəcək.

Yaş həddi 65 dən yuxarı olan müştərilər üçün kreditin maksimal məbləği 1000AZN/1200 USD müəyyənləşdirilib. 59 yaş və yuxarı qadınlar, 63 yaş və yuxarı kişilərdən iş yerinin olması və ya təqaüd haqqında arayış tələb olunmur.

Unibank müştəriləri bank filiallarından maksimal 7500 AZN-dək və 48 ay müddətinədək kredit götürə biləcəklər. Üstəlik hər bir müştəriyə minimum 300 AZN balanslı üzvlük kartı da hədiyyə edilir.

Unibank 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti