Regionlarda maarifləndirmə tədbirləri davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2013 17:31 (UTC +04:00)
Dekabrın 3-də Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Samux rayonunun Sərkar kəndində qadın sahibkarlar üçün “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı”, “Biznes-planların və investisiya layihələrinin hazırlanması”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Regionlarda maarifləndirmə tədbirləri davam edir

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Dekabrın 3-də Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Samux rayonunun Sərkar kəndində qadın sahibkarlar üçün "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "Biznes-planların və investisiya layihələrinin hazırlanması", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin gün həmçinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq təşkil edilib.

Tədbirlərdə "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" mövzusunda təqdimat keçirilmiş, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumatlar verilib.

Bununla yanaşı, biznes ideyanın formalaşması, biznes-planın bölmələri, biznes-planın tərtib edilməsi metodikası, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının və satışının təşkili, maliyyə resurslarının planlaşdırılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda, tədbirlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə geniş məlumat verilib.

Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti