...

"Kapital Bank" şənbə günləri də işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2013 15:07 (UTC +04:00)
"Kapital Bank" ASC xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə iş rejimini dəyişib. Bankın filialları bu həftədən etibarən şənbə günləri də işləyəcək.
"Kapital Bank" şənbə günləri də işləyəcək

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Müştərilərə xidmət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə "Kapital Bank"ın filiallarında iş rejimi dəyişdirilib. Bankın filialları bu həftədən etibarən şənbə günlərində də işləyəcək.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, bundan sonra müştərilər şənbə günlərində də "Kapital Bank"ın xidmət məntəqələrində aşağıdakı xidmət və məhsullardan istifadə edə bilərlər:

- Kommunal ödənişlərin qəbulu;
- Təcili pul köçürmələri;
- Mobil rabitə xidmətləri üzrə ödənişlərin qəbulu;
- Dövlət rüsumlarının ödənişi;
- Gündəlik tələbat kreditlərinin verilməsi;
- Nağd pul kreditlərinin verilməsi;
- Kreditlər üzrə ödənişlərin qəbulu;
- Əmanətlərin qəbulu.

Şənbə günlərində "Kapital Bank"ın xidmət məntəqələrinin iş qrafiki fasiləsiz olaraq saat 10.00-dan 14.00-a qədər müəyyən edilib.

"Kapital Bank" 89 filialı və 11 şöbəsi ilə Azərbaycanda ən böyük şəbəkəyə malik bankdır. Gələn il 140 illiyini qeyd edəcək Bank istər pərakəndə, istərsə də korporativ sahədə geniş məhsul və xidmətlərini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti