...

"Bank of Baku" iri ticarət mərkəzində alınan mala görə ödənişin müddətini uzadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2013 11:48 (UTC +04:00)
Yeni il ərəfəsində nağdsız ödənişləri təşviq etmək məqsədi ilə "Bank of Baku" "Metropark" ticarət mərkəzi ilə birgə layihəyə start verir və Bolkart üzrə ödəmə müddətini əlavə 3 ay artırır.
"Bank of Baku" iri ticarət mərkəzində alınan mala görə ödənişin müddətini uzadır

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Yeni il ərəfəsində nağdsız ödənişləri təşviq etmək məqsədi ilə "Bank of Baku" "Metropark" ticarət mərkəzi ilə birgə layihəyə start verir və Bolkart üzrə ödəmə müddətini əlavə 3 ay artırır.

Bankdan bazar ertəsi Trend-ə daxil olan məlumata görə, beləliklə, 1 ay ərzində, yanvar ayının 5-dək, "Metropark" ticarət mərkəzindəki Bolkart-ın keçərli olduğu mağazalarda 3 aylıq ödəmə 6 ay, 6 aylıq ödəmə 9 ay, 12 aylıq ödəmə isə 15 ay olacaq. 1 aylıq ödəmə müddətli olan Rahat marketdə isə bu kampaniya çərçivəsində indi alıb 3 ay sonra ödəmək mümkün olacaq.

Beləliklə, 2014-cü ilin yanvar ayının 5-nə kimi Bolkart sahibləri "Metropark"da yerləşən partnyor Mango, Accessorize, Adidas, Sabina, Koton, Jack Jones, Ali&Nino, Bücürük və digər brend mağazalarda daha sərfəli ödəmə şərtilə alış-veriş edə bilərlər.

MasterCard Bolkart sahibləri isə, partnyor olmayan digər mağazalarda da alış-veriş edib növbəti ayın 10-dək əlavə xərcsiz ödəniş edə bilərlər. "6 rəqəmli təsdiq kodu taksit 3" yazıb 8145-ə SMS göndərməklə, 4.5%-lik komissiya haqqı qarşılığında bu cür ödənişləri 3 aya bölmək mümkündür.
Bu gün Bolkart Azərbaycanın ən məşhur hissə-hissə ödənişli kredit kartıdır və 175.000-dən artıq Azərbaycan vətəndaşı ondan gündəlik istifadə edir.

Bolkartı elə indi sifariş edin: http://bolkart.az/#openorder
Bolkart-ın üstünlükləri barədə daha ətraflı: 145 nömrəli Məlumat Mərkəzi, www.bolkart.az və https://www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti