...

"Kapital Bank" maaş və pensiya kartı sahiblərinə nağd kredit təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2013 12:57 (UTC +04:00)
"Kapital Bank"ın maaş və pensiya kart sahibləri artıq bankın 6000 AZN-dək nağd pul krediti təklifindən faydalana biləcəklər.
"Kapital Bank" maaş və pensiya kartı sahiblərinə nağd kredit təklif edir

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

"Kapital Bank"ın maaş və pensiya kart sahibləri artıq bankın 6000 AZN-dək nağd pul krediti təklifindən faydalana biləcəklər.

Cümə axşamı bankdan Trend-ə daxil olan məlumata görə, kredit illik 24%-dən başlanan faizlə, 36 ayadək müddətə təqdim olunur. Zaminə, girova və arayışa ehtiyac yoxdur.

Aylıq kredit borclarının ödənilməsi də çox rahatdır. Belə ki, ödənişləri istər bankın filial və şöbələrində, istərsə də banka gəlmədən www.kapitalbank.az saytına daxil olmaqla online rejimində həyata keçirmək mümkündür.

Müştərilər bu sərfəli krediti "Kapital Bank"ın filiallarında həftə içi hər gün 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

Azərbaycanda ən böyük şəbəkəyə malik olan "Kapital Bank" 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti