...

"PAŞA Həyat" istehsalat zamanı vəfat etmiş şəxsin ailəsinə 25,4 min manat sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2013 16:59 (UTC +04:00)
Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirib.
"PAŞA Həyat" istehsalat zamanı vəfat etmiş şəxsin ailəsinə 25,4 min manat sığorta ödənişi edib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat" tərəfindən sığorta olunmuş işçi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib. Baş vermiş hadisə barədə qanunvericiliyin tələblərinə uyğun məlumatlar toplanaraq "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"na müvafiq olaraq, "PAŞA Həyat" tərəfindən vəfat etmiş şəxsin ailəsinə 25,403 min manat həcmində birdəfəlik ödəniş verilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq "PAŞA Həyat Sığorta" tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödənişlərin verilməsi halları artıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında sözügedən sığorta növü üzrə 670 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti