...

Xırdalan və Mingəçevirdə sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 18:34 (UTC +04:00)
Dekabrın 19-da İqtisadiyyat və Sənaye Nazirliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhərində sahibkarlar üçün “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”, “Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Xırdalan və Mingəçevirdə sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Dekabrın 19-da İqtisadiyyat və Sənaye Nazirliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhərində sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə", "Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı və strukturu, güzəştli ixrac şərtləri, ixracın stimullaşdırılması, eyni zamanda, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin məzmunu və tələbləri, yoxlamaların vahid məlumat reyestri, yoxlama.gov.az elektron portalı və ondan istifadə qaydaları və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda təqdimat keçirilib.

Həmin gün İqtisadiyyat və Sənaye Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin Gəncə, Qazax və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Öz biznesini təkmilləşdir" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Tədbirdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, strateji planlaşdırmanın aparılması, yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, insan resurslarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən, "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi", "Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatı" barədə ətraflı məlumat verilib.

Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti