...

"Bank of Baku" alınan mallara görə ödəniş müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2013 19:14 (UTC +04:00)
"Bank of Baku" Azərbaycanda nağdsız ödənişlərin əhatə dairəsini genişləndirmək məqsədi ilə "Bolkart" üzrə ödəmə müddətini əlavə 3 ay artırır.
"Bank of Baku" alınan mallara görə ödəniş müddətini uzadıb

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

"Bank of Baku" Azərbaycanda nağdsız ödənişlərin əhatə dairəsini genişləndirmək məqsədi ilə "Bolkart" üzrə ödəmə müddətini əlavə 3 ay artırır.

Bankdan Trend-ə verilən məlumata görə, beləliklə, 27-31 dekabr 2013-cü il tarixləri arası Bolkart-ın keçərli olduğu partnyor mağazalarda 3 aylıq ödəmə 6 ay, 6 aylıq ödəmə 9 ay, 12 aylıq ödəmə isə 15 ay olacaq. 1 aylıq ödəmə müddətli olan mağazalarda isə 3 ay sonra ödəmək mümkündür.

Beləliklə, indi "Bolkart" sahibləri şəhərimizin iri ticarət mərkəzlərində və brend mağazalarda daha sərfəli ödəmə şərtilə alış-veriş edə bilərlər.

"Bolkart MasterCard" sahibləri isə partnyor olmayan digər mağazalarda da alış-veriş edib növbəti ayın 10-dək əlavə xərcsiz ödəniş edə bilərlər. "6 rəqəmli təsdiq kodu taksit 3" yazıb 8145-ə SMS göndərməklə, 4,5%-lik komissiya haqqı qarşılığında bu cür ödənişləri 3 aya bölmək mümkündür.

Bu gün "Bolkart" Azərbaycanın ən məşhur hissə-hissə ödənişli kredit kartıdır və 185 mindən artıq Azərbaycan vətəndaşı ondan gündəlik istifadə edir.

Bolkart-ın onlayn sifarişi: http://bolkart.az/#openorder
WhatsApp-la sifariş üsulu: ticarət obyektlərində bankın xüsusi anketini əldə edib doldurmaq, sonra isə mobil telefonla anketin şəklini çəkib WhatsApp-la 055/050 447-00-55 nömrələrindən birinə göndərmək tələb olunur.

Bolkart-ın üstünlükləri barədə daha ətraflı: 145 nömrəli Məlumat Mərkəzi, www.bolkart.az və www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti