...

"Mugan Bank" beynəlxalq maliyyə strukturlarına inteqrasiya üçün baza yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2013 14:07 (UTC +04:00)
Bankın imici müştəri ilə maliyyə institutu arasında yaranmış ayrılmaz əlaqənin göstəricisidir. Trend-in məlumatına görə, "Muğanbank"ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov belə hesab edir.
"Mugan Bank" beynəlxalq maliyyə strukturlarına inteqrasiya üçün baza yaradır

Azərbaycan, 29 dekabr /Trend/

Bankın imici müştəri ilə maliyyə institutu arasında yaranmış ayrılmaz əlaqənin göstəricisidir. Trend-in məlumatına görə, "Muğanbank"ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov belə hesab edir.

"Muğanbank" ASC üçün qarşıya qoyulan prioritetlər arasında "imic" və "etibar" kateqoriyalarına xüsusi diqqət yetirilir. "Muğanbank" ASC-nin hər bir işçisi 2013-cü ilin yekununu qiymətləndirmək üçün qürurla geriyə nəzər yetirə bilər.

Bankın 2013-cü ildə inkişafı müxtəlif strateji istiqamətlərdə reallaşmışdır: məhsul çeşidinin artırılması, xidmət şəbəkəsinin genişləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, biznes-proseslərə maraqlı tərəflərin cəlb olunması və s. Bankın stabil inkişafı kapitalının nəzərə çarpacaq dərədəcə artmasına və nəticədə 2013-cü ilin sonuna 50 mln. manatdan çox təşkil etməsinə səbəb oldu.

"Muğanbank" ASC 2013-cü ildə Latviyanın NASDAQ OMX Riqa fond birjasında qiymətli kağızlar yerləşdirərək beynəlxalq maliyyə bazarında növbəti inamlı addımını atdı. Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 7 min ədəd qiymətli kağız Latviya Mərkəzi Depozitariyası ("LMD") tərəfindən qeydiyyata alınmışdır. Belə bir təşəbbüs "Muğanbank" ASC-nin beynəlxalq maliyyə bazarına inteqrasiyası üçün baza yaradır.

Cari ildə "Muğanbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ("ICD") ilə 3 mln. ABŞ dolları məbləğində maliyyə müqaviləsi imzalayaraq ICD ilə tərəfdaşlığa başladı. Müqavilə çərçivəsində alınacaq vəsaitlər istehsal, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Əlavə olaraq qeyd etmək istərdik ki, 2013-cü il ərzində "Muğanbank" ASC Moskva Beynəlxalq Valyuta Assosiasiyası ("MBVA") tərəfindən İsrail və Rusiyada təşkil olunmuş Beynəlxalq Bank Konfransları ("BBK - 2013") kimi müxtəlif konfrans və tədbirlərdə dəfələrlə baş sponsor qismində çıxış etmişdir.

"Monex" təcili pul köçürmə sistemi layihəsi üzrə də beynəlxalq əməkdaşlıq istiqamətində əhəmiyyətli addımlar atılmışdır. "Monex" təcili pul köçürmə sisteminin "MoneyPolo" təcili pul köçürmə sisteminə inteqrasiyası prosesi 2013-cü ildə yekunlaşmışdır. Beləliklə, "Monex" təcili pul köçürmə sisteminin fəaliyyət coğrafiyası genişlənərək, məntəqələrinin sayı 2000-ni keçmişdir. Xatırlatmaq istərdik ki, "Muğanbank" ASC tərəfindən 2011-ci ildə yaradılmış "Monex" təcili pul köçürmə sistemi vasitəsilə müştərilər istər ölkə daxilində, istərsə də xaricə təcili pul vəsaiti göndərə və ya ala bilərlər.

Bank məhsulları çeşidinin artırılması istiqamətində "Muğanbank" ASC növbəti dəfə novator kimi çıxış edərək Azərbaycanda ilk dəfə bazara adsız, qabaqcadan ödənilmiş ("prepaid") "Visa Gift" hədiyyə kartlarını təqdim etdi. "Muğanbank" ASC "Visa Gift" layihəsini "Visa International" beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirir. Hədiyyə kartlarının nominal dəyəri 50, 100 və 150 manat təşkil edir. Beləliklə, "Muğanbank" ASC Azərbaycanda ilk dəfə olaraq plastik kartların şəxsiyyət vəsiqəsi təqdim etmədən və bankda növbə gözləmədən pərakəndə satış nöqtələrindən əldə olunması təcrübəsini həyata keçirdi.

Qeyd etmək istərdik ki, artıq dördüncü ildir ki, "Muğanbank" ASC bank sektorunda unikal məhsul olan adsız istiqrazlar təklif edir. Muğanbankdan, həmçinin tərəfdaş banklardan əldə edilmiş bu istiqrazlar sahiblərinə müxtəlif məbləğlərdə pul uduşları əldə etmək şansı qazandırır. Hər 45 gündən bir keçirilən tirajda uduşlu istiqrazların sayı 2000 ədəd təşkil edir. Bank artıq müştərilərini 100 manatdan 50 000 manatadək minlərlə pul uduşu ilə sevindirmişdir.
Azərbaycan bankları arasında ilk dəfə olaraq "Muğanbank" ASC müştərilərinə marjinal valyuta-mübadilə əməliyyatlarının və müxtəlif maliyyə instrumentləri ilə ticarətin həyata keçirilməsi üçün geniş imkanlar təqdim edərək, onların FOREX beynəlxalq valyuta bazarına ticarət platformasında çıxışını təmin etmişdir.

Yola saldığımız ildə "Muğanbank" ASC müştərilərə geniş seçim təqdim edərək, həm depozit, həm də kreditlər üzrə bank məhsullarının çeşidini əhəmiyyətli dərəcədə genişləndirdi.

Beynəlxalq bank təcrübəsinin fəal tətbiq edilməsi məqsədilə bankın menecerləri əməkdaşlar üçün mütəmadi olaraq treninqlər təşkil edirlər. Belə treninqlərdən biri Avropa Yenidənqurma və İnkişaf Bankının ("EBRD") Ticarətə Yardım Proqramı çərçivəsində, Beynəlxalq Ticarət Palatasının bank komissiyasının üzvü Vinsent O'Brayn tərəfindən keçirilmişdir.

İnnovativ dəyişikliklər və struktur yanaşma ilə müşayiət olunaraq 2013-cü il ərzində görülən işlər, bankın inkişafına və dinamik maliyyə stabilliyinin təmin olunmasına yardımçı oldu.

"Muğanbank" ASC-nin 2014-cü il üçün əsas prioritetləri maliyyə institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi, xidmət şəbəkəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin təkminləşdirilməsidir.
Beləliklə, "Muğanbank" ASC bank ənənələrinə sadiq qalaraq və ölkənin bank sektorunun əhəmiyyətli iştirakçısı kimi əminliklə 2014-cü ilə qədəm qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti