...

"Unibank" bayram günlərində müştərilərə qismən xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2013 15:31 (UTC +04:00)
"Unibank" Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, şəxsi həyatlarında və işlərində uğurlar arzulayır.
"Unibank" bayram günlərində müştərilərə qismən xidmət göstərəcək

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

"Unibank" Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, şəxsi həyatlarında və işlərində uğurlar arzulayır.

"Unibank" dəyərli müştərilərinin diqqətinə çatdırır ki, yanvarın 6-sı qeyri-iş günü olsa da, filiallar müştərilərinin üzünə açıq olacaq. Hər kəs bank filiallarına müraciət etməklə bütün bank xidmətlərindən istifadə edə biləcək.

Bankdan Trend-ə verilən məlumat görə, bayram günləri ilə əlaqədar olaraq, 31.12.2013-cü il tarixdən 05.01.2014-cü il tarixədək bank filialları işləməyəcək. Buna baxmayaraq, müştərilər bayram günlərində kredit ödənişlərini "Unibank"ın ödəniş terminallarında, Unibank.az və Hesab.az saytından onlayn, MilliÖN "paypoint"lərində və "Azərpoçt" məntəqələrində ödəyə bilərlər.

"Unibank" 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti