...

ABŞ Senatı Canet Yelleni FES rəhbəri vəzifəsində təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2014 03:26 (UTC +04:00)
ABŞ Senatı Canet Yelleni ABŞ Federal ehtiyat sisteminin (FES ) direktorlar şurasının sədri vəzifəsində bazar ertəsi təsdiq edib.
ABŞ Senatı Canet Yelleni FES rəhbəri vəzifəsində təsdiqləyib

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

ABŞ Senatı Canet Yelleni ABŞ Federal ehtiyat sisteminin (FES ) direktorlar şurasının sədri vəzifəsində bazar ertəsi təsdiq edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

67 yaşlı Yellen hazıradək FES rəhbərinin müavini işləyib.

O, yanvarın 31-də FES-ə iki müddət rəhbərlik etdikdən sonra istefaya çıxan Ben Bernankenin yerini tutacaq.

Yellen ABŞ mərkəzi bankının 100 illik tarixində FES-ə rəhbərlik edən ilk qadın olacaq.

Xəbər lenti

Xəbər lenti