...

Azərbaycanda ödəniş kartlarının sayı il ərzində təxminən 9 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2014 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.Əliyev/

Azərbaycanda ödəniş kartlarının sayı 2013-cü ilin oktyabrında cüzi artaraq (2,8 faiz) 5,515 milyon ədədə çatıb.

2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə onların sayı 8,8 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

Noyabrda bankomat və POS-terminallar vasitəsilə ödəniş kartları üzrə ümumi dövriyyə 923 milyon manat, əməliyyatların ümumi sayı isə 6,012 milyon ədəd təşkil edib.

Debet kartlar üzrə əməliyyatların ümumi sayı 4,85 milyon ədəd, dəyəri isə 743 milyon manat olub.

Ölkə daxilində debet kartlar üzrə əməliyyatların ümumi sayından bankomatlar vasitəsilə 672 milyon manat məbləğində 4,035 milyon, POS-terminallar vasitəsilə 53 milyon manat məbləğində 562 min əməliyyat yerinə yetirilib.

2013-cü ilin noyabrında kredit kartları üzrə 180 milyon manat məbləğində 1 155 000 əməliyyat həyata keçirilib.

Hesabatda deyilir ki, kredit kartları ilə bankomatların köməyi ilə aparılan əməliyyatların ümumi həcmindən 78 milyon manat həcmində 339 min əməliyyat, POS-terminallar vasitəsilə isə 40 milyon manat məbləğində 603 min əməliyyat aparılıb.

2013-cü il dekabrın 1-nə olan məlumata əsasən, ölkədə 2411 bankomat fəaliyyət göstərib, onlardan 1360 ədədi Bakıda, 1051 ədədi isə ölkənin digər şəhər və rayonlarında yerləşir.

Bankomatların ümumi sayı il ərzində 171 ədəd və ya 7,6 faiz artıb.
2013-cü il dekabrın 1-nə olan məlumata görə, POS-terminalların sayı 33 301 ədəd təşkil edib ki, onlardan 29 101 ədədi Bakıda, 4 200 ədədi isə digər şəhər və rayonlarda yerləşir.

POS-terminalların sayı 2012-ci ilin noyabrına nisbətən 3181 ədəd və ya 8,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti