...

"Muğanbank" bölgələrdə filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2014 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

"Muğanbank" yeni ildən müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə filial şəbəkəsini genişləndirərək Qazax şəhərində yeni filialını açıb.

Bankdan Trend-ə verilən məlumata görə, Qazax filialı Qazax şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında fəaliyyətə başlayıb.

Filial fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 31 filialı və 5 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın "WorldBusiness Capital" (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

"Muğanbank"ın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin
https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti