...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların video-qəbulu mexanizmi istifadə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2014 15:05 (UTC +04:00)
Yanvar 15-dən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, eləcə də vətəndaşlar arasında daha operativ və səmərəli münasibətlərin qurulması məqsədilə vətəndaşların video-qəbulu mexanizmi istifadəyə verilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların video-qəbulu mexanizmi istifadə verilib

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yanvar 15-dən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, eləcə də vətəndaşlar arasında daha operativ və səmərəli münasibətlərin qurulması məqsədilə vətəndaşların video-qəbulu mexanizmi istifadəyə verilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bu məqsədlə "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu" daxili Qaydalarına müvafiq dəyişikliklər edilib, o cümlədən "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vətəndaşların video-qəbulu barədə təlimat" təsdiq edilib və zəruri texniki işlər həyata keçirilib.

QKDK-nın səlahiyyətli şəxsinin qəbulunda olmaq istəyən hər bir vətəndaş artıq yaşadığı ərazini tərk etmədən Komitənin rəsmi internet saytı vasitəsilə müraciət edərək video-əlaqə yarada biləcək.

Ümumilikdə QKDK-da vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məsələlərinə Komitədə uğurla tətbiq edilən strateji planlama çərçivəsində yanaşılır və aidiyyəti struktur bölmələrin illik fəaliyyət planlarında müvafiq tədbirlər nəzərdə tutularaq müntəzəm olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti