Azərbaycan, Bakı, 23 yanvar/Trend/
"Unibank"ın facebook səhifəsi ən sosial yönümlü səhifələrdəndir. "Unibank"ın facebook səhifəsi beynəlxalq SOCIALBAKERS xidməti tərəfindən "Ən sosial yönümlü səhifə" nominasiyasının qalibi olub.
Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, təqdim edilmiş xüsusi sertifikatda qeyd olunur ki, "Unibank" sosial şəbəkədə müştəri xidmətlərini yüksək səviyyədə qurduğuna görə, bu mükafata layiq görülüb. Beynəlxalq xidmətin monitorinqi göstərir ki, "Unibank" facebook səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən, 97%-ni alıb.
Socialbakers (http://www.socialbakers.com/ ) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.
Qeyd edək ki, hazırda "Unibank"ın facebook səhifəsinin (https://www.facebook.com/unibank.az?fref=ts) istifadəçilərinin sayı 180 min nəfərə yaxınlaşmaqdadır. Hər gün minlərlə istifadəçi burda "Unibank"ın məhsul və xidmətləri haqda sual ünvanlayaraq, qısa müddətə məlumat ala bilirlər. "Unibank"ı birinci etdikləri üçün, Bank bütün facebook tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir.
Əlavə məlumat üçün - www.facebook.com/unibank.az