...

Dövlət Xidməti əhalini endirimli mal alarkən diqqətli olmağa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2014 17:08 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əhalini endirimli mal alarkən diqqətli olmağa çağırır.
Dövlət Xidməti əhalini endirimli mal alarkən diqqətli olmağa çağırır

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əhalini endirimli mal alarkən diqqətli olmağa çağırır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən fiziki şəxs Əşrəfli Savad Mərdan qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 99, mənzil 47 ünvanında fəaliyyət göstərən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Belə ki, mağazanın pəncərələrində "50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş S.Əşrəfli barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti