...

"Bank of Baku" korporativ saytını tamamilə yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2014 12:54 (UTC +04:00)
Yaranmasının 20 illiyi ərəfəsində "Bank of Baku" korporativ saytını tam yeniləyərək istifadəyə verib.
"Bank of Baku" korporativ saytını tamamilə yeniləyib

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Yaranmasının 20 illiyi ərəfəsində "Bank of Baku" korporativ saytını tam yeniləyərək istifadəyə verib.

Trend-in məlumatına görə, bankın çərşənbə axşamı verdiyi xəbərə görə, yenilənmiş sayt bankın yubileyinə həsr edilmiş müxtəlif aksiya və tədbirlər sırasında ilk yenilikdir.Yeni sayt sadələşdirilmiş istifadə sistemi ilə seçilir. Yenilənmiş sayt bankın korporativ standartlarına uyğun olaraq fərqli vizual görüntü və məzmunu ilə seçilir.

Yenilənmiş saytda "Bank of Baku"-nun məhsul və xidmətləri barədə müfəssəl məlumat əldə etmək mümkündür. "Bank of Baku" saytında:

• nağd kredit
• əmanət
• kredit kartlar
• təcili pul köçürmələri

və digər məhsul və xidmətlər barədə geniş və ətraflı məlumatlar yerləşdirilib.

Saytda kredit və əmanət kalkulyatorlarından istifadə edib bu və ya digər məhsul üzrə faiz dərəcələrini rahat hesablamaq olar.

Saytın digər bölməsi onlayn bank xidmətlərinə həsr edilib. Burada istifadəçilər:

• onlayn kredit ödənişi
• onlayn kredit ərizəsi
• plastik kart sifarişi
• telefonla ödəniş

və digər xidmətlərdan faydalana bilərlər.

Yenilənmiş saytda həmçinin "Bank of Baku" -nun fəaliyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi , inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti