...

"Bank of Baku" nagd kreditlərin komissiyasını endirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2014 13:48 (UTC +04:00)
Yaranmasının 20 illiyi ilə əlaqədar “Bank of Baku” güzəştli nağd kredit kampaniyası elan edir.
"Bank of Baku" nagd kreditlərin komissiyasını endirib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Yaranmasının 20 illiyi ilə əlaqədar "Bank of Baku" güzəştli nağd kredit kampaniyası elan edir. Bankdan Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində müştərilərə komissiya haqqında 50%-lik güzəşt edilir. Güzəştli kampaniya yalnız iki gün, 14-15 fevral tarixlərində qüvvədədir.

50%-lik güzəştli komissiya ilə nağd kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış.

Endirimli nağd kredit üçün müştərilər "Bank of Baku"-nun ölkə boyunca yerləşən istənilən filialına üz tuta bilər. Bankın kredit ekspertləri qısa müddətə kredit müraciətini nəzərdən keçirib rəsmiləşdirmə barədə qərar verəcək.

"Bank of Baku"-nun filiallarının dəqiq ünvanlarını bu keçiddən öyrənmək olar:
http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/

Eyni zamanda onlayn kredit ərizəsi də vermək olar: http://www.bankofbaku.com/az/online-services/zaiavka-na-kredit/

Ətraflı məlumat: 145 Məlumat Mərkəzi və ya https://www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti