...

"Bank of Baku" bonus kart sahiblərinə 14 ay ödəniş müddəti təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2014 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

14 fevral Sevgililər günü ilə əlaqədar "Bank of Baku" Bolkart sahibləri üçün "Sevgi dolu kampaniya" elan edir. Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, yalnız bir gün - 14 fevral tarixində Bolkart sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 14 ay ərzində bərabər hissələrlə ödəmək imkanı qazanır.

Beləliklə, Bolkart sahibi 3, 6 və ya 12 ay ödənişli mağazada 14 fevral tarixində alış-veriş edəcəyi təqdirdə, malın dəyərini 14 aya bölüb ödəyəcək.

Bu kampaniya yalnız 1 aylıq ödəmə müddətli mağazalara şamil edilmir.

Bolkartın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı burada: http://www.bolkart.az/?/az/stores/

Xatırladaq ki, bir il öncə Bolkart müştəriləri üçün keçirilən analoji kampaniya kart sahiblərinin böyük marağına səbəb olmuşdu. O zaman cəmi bir gün ərzində Bolkartla 5000-ə yaxın nağdsız ödəniş qeydə alınmışdı.

Hazırda 200.000-ə yaxın Azərbaycan vətəndaşı Bolkartdan gündəlik istifadə edib, kartın müxtəlif üstünlüklərindən bəhrələnir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Məqalədə:
Xəbər lenti

Xəbər lenti