...

"Yapı Kredi Bank Azərbaycan" "Ümid Yeri" uşaq evini ziyarət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2014 14:33 (UTC +04:00)
Uşaq evində 40-dan çox azyaşlı və məktəbli uşaqlar qalır.
"Yapı Kredi Bank Azərbaycan" "Ümid Yeri" uşaq evini ziyarət edib

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Hər zaman sosial layihələrə dəstək olan "Yapi Kredi Bank Azərbaycan" bu dəfə də 16 fevral 2014-cü il tarixində Binə qəsəbəsində fəaliyyət göstərən kimsəsiz uşaqlara himayədarlıq edən "Ümid Yeri'' uşaq evini ziyarət etdi. Uşaq evində 40-dan çox azyaşlı və məktəbli uşaqlar qalır.

Bankdan Trend-ə verilən məlumata görə, valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. Heyyət tərəfindən təşkil olunan intelektual və əyləncəli oyunlar uşaqların sevinc və həyəcanına səbəb oldu. Daha sonra çoxlu sayda hədiyyələr uşaqlara paylanıldı.

Beləcə, bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkli çəkdirildi.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

"Yapi Kredi Bank Azərbaycan'' belə tədbirləri 2014-cü ildə mütəmadi olaraq keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti